Bakıda “Mutluluk və başarı” adlı tədbir keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 18 may tarixində xəbər verir.
29 may, saat 10:00-da keçiriləcək konfrans Nizami Kino Mərkəzində baş tutacaq.
50-dən çox markanın qurucusu olan Ataman Özbay iş həyatında yeni və fərqli başlanğıc etməyin , biznesdə liderlik qurmağın yollarını iştirakçılarla bölüşəcək.
İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.