Bakıda geyim toplama aksiyası keçiriləcək. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az “Bir Təbəssüm” Sosial Birliyinə istinadən xəbər verir.
Aksiya 21-31 iyul tarixlərində baş tutacaq. Toplanan geyimlər Bakı və regionlarda yaşayan aztəminatlı ailələrin uşaqlarına veriləcək.
Geyimləri təhvil vermək istəyənlər +994 55 861 83 17 nömrəsi ilə əlaqə saxlaya bilərlər.