Bakıda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək. Bu haqda BakuPlus.az bu gün, 24 may tarixində xəbər verir.
Mayın 26-da baş tutacaq görüş Vəkillər Kollegiyasının dəstəyi ilə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən keçiriləcək. Tədbir Milli Məclisin deputatları Azay Quliyev və Kəmaləddin Qafarovun təşəbbüsü ilə təşkil olunur.
YAP-ın Binəqədi Rayon Təşkilatında keçiriləcək görüş saat 11:00-da başlayacaq.