Vəkillər Kollegiyası tərəfindən “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə respublika üzrə ödənişsiz hüquqi yardım aksiyaları təşkil ediləcək. Bu haqda BakuPlus.az bu gün, 26 may tarixində xəbər verir.
Vəkillər Kollegiyası,Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Tərbiyə müəssisəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlığı çərçivəsində Bakıda yerləşən uşaq evləri və internat məktəblərində pulsuz hüquqi yardım aksiyaları keçiriləcək.
Aksiyalarda iştirak etmək arzusunda olan vəkillər qeydiyyatdan keçə bilərlər.