top
Bakıda dəri xəstəlikləri dispanserində əlil arabasından istifadə edənlər üçün pandus yoxdur
04 avqust 2022, 05:50
- ↺ +

Bakıda dəri xəstəlikləri dispanserində əlil arabasından istifadə edənlər üçün pandus yoxdur

Bakının 2 saylı Dəri-Zöhrəvi Dispanserində pandus olmadığından əlil arabasında olan şəxs həkimə müraciət etmək üçün 2-ci mərtəbəyə qalxa bilməyib. Bu, onun bir neçə saat gözləməsinə səbəb olub. Bu haqda bu gün, 4 avqust tarixində Oxu.az məlumat verib.

Əlil arabasından istifadə edən Rəfail Quliyev tibb müəssisəsinə gedə bilməməsindən şikayətlənir.

“Dispanserin girişindən tutmuş daxili infrastrukturuna qədər əlilliyi olan şəxslər üçün problemdir. Həkimlər ikinci mərtəbədə otururlar. Onlara yaxınlaşa bilmirik. Çünki şəkildə gördüyünüz hündür pillələr imkan vermir. Ona görə də iki saatdan çox həkimin yaxınlaşmasını gözlədim. Təqribən bir saat da reseptin yazılıb gətirilməsini gözlədim”, - kişi yazıb və əlavə edib ki, həkimin heç bir günahı yoxdur, - “Həkimin qapısı ağzında gözləyən pasiyentlər də mənim kimi xəstələr idi. Onlara da xidmət göstərilməli idi. Burada bir günahkar varsa, o da müəssisəyə rəhbərlik edənlərdir. Xidməti düzgün qurmayıblar. Belə olan halda həkimin köməkçisi olmalıdır. Eyni zamanda ölkədə əlilliyi olan şəxslər nəzərə alınmalıdırlar. Qapının girəcəyində 20 sm hündürlüyü olan pillələr var. Ora bizim kimi əlilliyi olan şəxslərin rahatlığı üçün pandus qoymaq üçün cəmi iki vedrə çınqıl, bir vedrə sement lazımdır. Onu etmək, görəsən, çoxmu çətindir?!”

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova 2 saylı dəri-zöhrəvi dispanserdə liftin olmadığını bildirib. Onun sözlərinə görə, bunu nəzərə alaraq dispanserin birinci mərtəbəsində fiziki məhdudiyyətli insanlar üçün xüsusi otaq yaradılıb. Belə xəstələr gələndə birinci mərtəbəyə həkimlər çağırılır, orada müayinələr aparılır.

Tibb müəssisəsinin girişindəki hündür pilləkənə gəlincə, Adilovanın inandırdığı kimi, orada pandusun quraşdırılması nəzərdə tutulub.

 

Son xəbərlər

Xəbər
Bu gün, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Bu gün, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Bu gün, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Bu gün, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Bu gün, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Bu gün, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Bu gün, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Bu gün, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Bu gün, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Bu gün, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Dünən, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Dünən, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Dünən, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Oxşar xəbərlər