14 iyun 2022-ci il tarixindən 206 nömrəli marşrut avtobusları nağdsız ödənişə keçir. Bu haqda bu gün, 13 iyun tarixində Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidməti məlumat yayıb.
Həmin marşrut üzrə avtobuslar Lökbatan qəsəbəsi - "Elmlər Akademiyası" metro stansiyası xətti ilə hərəkət edirlər.
“Digər marşrutlar da tədricən nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq”, - agentliyin açıqlamasında bildirilir.