Bakıda 500-ə yaxın şagird fərdi təhsilə cəlb edilib. Bu haqda 9 iyun tarixində APA məlumat verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-2022-ci tədris ilinin yekunlarına dair hesabatında qeyd olunub ki, Bakı şəhəri üzrə 178 məktəbdə 489 şagird fərdi təhsilə cəlb edilib.
Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.