Bakıda “Cavan Urban Fest” çərçivəsində sevilən qrupların ifasında canlı musiqi axşamı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 26 may tarixində xəbər verir.
Festivalın ikinci günü - 29 may tarixində Ayna Band, Glass Band, GR3Y Band musiqi qrupları iştirak edəcəklər.
Bakı Avropa Oyunları Parkında saat 18:00-da keçiriləcək konsertə giriş tamamilə ödənişsizdir.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, "Cavan" Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilir.