Bakıda Qoşulmama Hərəkatına üzv olan ölkələrin nümayəndələrindən ibarət Gənclərin Sammiti keçirilir. Bu haqda BakuPlus.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 25 iyul tarixində xəbər verir.
25-29 iyul tarixlərində keçirilən sammitdə 60-dan çox ölkənin gənc nümayəndələri iştirak edəcək.