Bakıda 19 iyun, saat 14:00-da Art Life rəsm kursları tərəfindən "Geyim üzərində rəsm" adlı master-klas keçiriləcək. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az məlumat verir.
İştirak ödənişlidir, bir biletin qiyməti 15 manat təşkil edir (Artlife tələbələri üçün endirimli qiymət təşkil olunacaq).
Bütün ləvazimatlar, çay və kofe fasiləsi, eləcə də fotosessiya qiymətə daxildir.
Ünvan: Səməd Vurğun küçəsi 10, Sahil metrosunun yanı. Ətraflı məlumat üçün: 055-246-25-60