Bakıda Latın rəqsləri gecəsi keçiriləcək. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Heydər Əliyev Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir.
Təcrübə proqramı “10 il Sizinlə” şüarı ilə həftəsonu tədbirləri çərçivəsində, Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq.
16 iyul saat 20:00-da başlayacaq tədbirdə 12 yaşdan yuxarı hər bir şəxs ödənişsiz şəkildə iştirak edə bilər.
Sərbəst geyim tərzinə üstünlük verilir.
Tədbir Buta Salsa Məktəbi tərəfindən təşkil olunur.