top
Bakıda internat məzunu mənzillə təmin olunmasını istəyir
14 iyul 2022, 08:30
- ↺ +

Bakıda internat məzunu mənzillə təmin olunmasını istəyir

İnternat məzunu olan 32 yaşlı Vüsal İbrahimov deyir ki, o, kiçik yaşlarından həyatın çətinlikləri ilə üzləşib. Hazırda o, 4 nəfərlik ailəsi ilə Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsindəki 18 saylı yataqxanada olan kiçik otaqda yaşayır. Bu haqda bu gün, 14 iyul tarixində Real TV reportaj hazırlayıb.

Anasının ölümü ailənin 5 uşağının müxtəlif internat məktəblərinə yerləşdirilməsinə səbəb olub. Vüsal isə Qaradağ rayonunun Sahil kəndindəki 14 saylı özəl internat məktəbində böyüyüb.

Vüsal ailə həyatı qurduqdan sonra kirayədə yaşadığını deyir. Sonralar qəsəbə İƏD (inzibati ərazi dairəsi) nümayəndəliyi ona hazırda yaşadığı yataqxanadan mənzil verib. Vüsal iddia edir ki, ona 2 otaqlı ev vəd ediblər. Lakin vəd yerinə yetirilməyib.

Kiçik otağının yaratdığı problemlərdən şikayətçi olan Vüsal iddia edir ki, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) də bu məsələyə biganə yanaşır. O, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərdən də yararlana bilməyəcəyini iddia edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial xidmətlər agentliyindən bildirildi ki, sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı hazırda mövcud qanunvericiliyə uyğun olaraq, yerli RİH-nin orqanına müraciət edilməsi və növbə alınması tövsiyə olunur.

Sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan, yerli RİH-nin orqanlarında uçota alınmış şəxslərin müraciətlərinə müvafiq qanunvericilik aktları qəbul ediləcəyi təqdirdə baxılması nəzərdə tutulur.

Məsələ ilə bağlı Qaradağ RİH-dən bildirildi ki, Vüsal İbrahimova aztəminatlı ailə kimi hər zaman icra hakimiyyəti tərəfindən köməklik edilib. 2019-cu ildə o,  Emin Quliyev küçəsində 8 saylı yataqxanada müvəqqəti bir otaqla təmin edilib. Həmçinin 1 saylı DOST mərkəzində işə düzəldilib. Lakin ötən il öz istəyi ilə işdən çıxıb. Qurum tərəfindən, həmçinin ona dəfələrlə ərzaq yardımları olunub. Ev məsələsi ilə bağlı qurumdan qeyd edildi ki, icra hakimiyyətinin balansında ev yoxdur. Eyni zamanda, mənzil təminatı icra hakimiyyəti tərəfindən aparılmır.

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Bu gün, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Bu gün, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Bu gün, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Bu gün, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Bu gün, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Bu gün, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Bu gün, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Bu gün, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Bu gün, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Bu gün, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Bu gün, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Bu gün, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Oxşar xəbərlər