Bakıda intihara cəhd edən jurnalist Nəsimi Şərəfxanlı bu gün, 31 may tarixində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən evə buraxılıb. Bu haqda Tibbi Mərkəzin mətbuat xidməti məlumat verib.
Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun sözlərinə görə, Şərəfxanlının vəziyyətinin yaxşılaşması üçün müalicəsi mərkəzdə davam etdirilib. Artıq səhhəti ilə bağlı hər hansı təhlükə qalmadığına görə onun evə buraxılmasına qərar verilib.
Daha öncə məlum olub ki, Cumhuriyyet.az saytının rəhbəri və baş redaktoru Nəsimi Şərəfxanlı sirkə turşusu içərək zəhərlənmişdir. Kişi ağır vəziyyətdə dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılmışdır.