Bakıda mənzillərin alınması öhdəliyi ilə kirayə verilməsi mexanizmi çərçivəsində İpoteka və Kredit Zəmanət Fondu tərəfindən vətəndaşlara təklif olunan yaşayış binalarının siyahısı genişləndirilib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az məlumat verir.
Yeni yaşayış kompleksi Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşir.
İlkin mərhələdə vətəndaşlara iki və üç otaqlı 100 mənzil təklif olunur. Onların aylıq ödənişi 616 manatdan başlayır.
Digər kompleks Abşeron rayonu - Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 17-ci kilometrində yerləşir. İlkin mərhələdə vətəndaşlara 111 mənzil, o cümlədən bir, iki və üç otaqlı mənzillər təklif olunur. Onların isə aylıq ödənişi 268 manatdan başlayır.
Əlavə məlumatı İpoteka və Kredit Zəmanət Fondunun saytında əldə etmək olar.