Bakıda Qarabağ müharibəsi zamanı mənəvi və ya fiziki zərər çəkmiş soydaşlarımız üçün ödənişsiz psixoloji konsultasiyalar keçiriləcək. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az “ADRA Azerbaijan”-a istinadən xəbər verir.
Müharibə sonrası qorxulardan, stresdən azad olmaq, effektiv ünsiyyət sirlərini bilmək, eləcə də bir çox psixoloji mövzularda fikir mübadiləsi aparmaq istəyənlər tədbirdə iştirak edə bilərlər.
Konsultasiyalar 14 iyul saat 12:00-da “Winter Park” hotelində başlayacaq. Qeydiyyat üçün +994 50 212 76 32 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.