Bakıda "Biz kömək üçün buradayıq" layihəsi çərçivəsində ödənişsiz təlim keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 1 iyun tarixində xəbər verir.
İyunun 2-də keçiriləcək təlim saat 12:00-da “Winter Park” hotelində baş tutacaq.
Müharibə sonrası qorxu və stresdən azad olmaq, effektiv ünsiyyət sirlərini bilmək, bir çox psixoloji mövzularda fikir mübadiləsi aparmaq və təcrübəli psixoloqların konsultasiyalarında fərdi və ya qrup halında iştirak etmək istəyənlər təlimə qoşula bilərlər.
İştirak üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz.
Əlaqə nömrəsi: +994 50 212 76 32