Paytaxt məktəblərinin şagirdləri “Gənc xilasedici və yanğınsöndürən” yarışlarında zona birincisi olublar. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Apa -ya istinadən xəbər verir.
Bakı və Sumqayıt şəhərlərində yerləşən 17 məktəbin komandaları arasında keçirilən yarışda Yasamal rayon 31 saylı orta məktəbin komandası qalib olub. Nizami rayonu 229 saylı orta məktəb ikinci, Nizami rayonu 220 saylı orta məktəbin komandası isə üçüncü yeri tutublar.
Müsabiqədə yer tutan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.
[URIS id=45821]