top
Bakıda Milli Kino Gününə hazırlıq işləri gedir
29 iyul 2022, 06:00
- ↺ +

Bakıda Milli Kino Gününə hazırlıq işləri gedir

2 avqust – Milli Kino Günü münasibətilə silsilə tədbirlər təşkil olunacaq. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 29 iyul tarixində xəbər verir.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası avqustun 1-də “Azərbaycan Kinosu Günü” adlı tədbir təşkil edəcək. Bununla yanaşı, həmin gün kinostudiyanın yeni loqo və saytının təqdimatı keçiriləcək.

Eyni zamanda kinostudiyanın 100 illiyi (2023) münasibətilə “Qarabağ” mövzusunda elan olunan ssenari müsabiqəsinin qaliblərinin adları açıqlandıqdan sonra mükafatlandırma mərasimi baş tutacaq.

Tədbirdə “Azərbaycanfilm”in rəhbərliyi tərəfindən qarşıdan gələn 100 illik yubiley ilə bağlı tədbirlər planı haqqında da ictimaiyyətə məlumat veriləcək.

Avqustun 1-də, həmçinin Azərbaycan Dövlət Film Fondunun həyətində Milli Kino Günü münasibətilə sərgi keçiriləcək. Sərgi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Təqdim ediləcək eksponatlar “Azərbaycanfilm” və Film Fondunda qorunan avadanlıqlardır.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) da Milli Kino Gününə xüsusi hazırlaşıb. Avqustun 2-də təşkil ediləcək bayram tədbirində Milli Kino Mükafatı təqdim ediləcək.

Builki Milli Kino Mükafatına 75 illik yubileyini qeyd edən Xalq rəssamı Rafiq Nəsirov layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) isə Milli Kino Günündə, ənənəvi olaraq özünün kino mükafatını üç nominasiyada sahiblərinə təqdim edəcək.

Avqustun 1-də AKİ-nin bu ilin fevralında elan etdiyi “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsinin qalibləri də elan olunacaq.

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Bu gün, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Bu gün, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Bu gün, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Bu gün, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Bu gün, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Bu gün, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Bu gün, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Bu gün, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Bu gün, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Bu gün, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Dünən, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Dünən, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Oxşar xəbərlər