Milli Qəhrəman Polad Həşimovun anım gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçiriləcək. Bu haqda 12 iyul tarixində Edumap.az məlumat verib.
Turnir 15 iyul tarixində "İrəli" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İntellektual Mərkəzin təşkilatçılığı ilə keçiriləcək. Yarışda mübarizə aparmaq istəyən gənclər 5 nəfərdən ibarət komanda şəklində müraciət etməlidirlər.
İştirak etmək istəyən namizədlər 13 iyul saat 15:00-dək qeydiyyatdan keçməlidirlər.