Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə məlumat mübadiləsini genişləndirib. Bu haqda bu gün, 10 iyun tarixində DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.
Yol-nəqliyyat hadisələri və yollarda nəqliyyatın nasazlığı hallarına operativ reaksiya verilməsini təmin etmək məqsədilə Dövlət Yol Polisi orqanları ilə məlumat mübadiləsi aparılır.
150-dən çox məntəqədə tıxacın qarşısını almaq üçün işıqforlar distant idarə olunur.
NİİM-də mövcud olan bütün məlumatlar saatda iki dəfə “Auto FM” radiosunun, eləcə də digər informasiya resurslarının efirində əhaliyə çatdırılır.