Bakıda “Best Model of Azerbaijan” beynəlxalq gözəllik müsabiqəsinin kastinqinə start veriləcək. Bu haqda bu gün, 29 iyun tarixində Vesti.az xəbər verib.
Gözəllik müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransında tədbirin direktoru Elxan Paşayev layihənin birinci mərhələsinin iyula, yarımfinallarının avqusta, finalının isə oktyabrda planlaşdırıldığını qeyd edib. Müsabiqənin finalının Baku Crystal Hall-da keçiriləcəyi bildirilib.
Seçimdə 18 yaşdan 30 yaşa qədər qız və oğlanlar iştirak edə bilərlər. Qızların boyu 165 santimetrdən, kişilərin boyu isə 180 santimetrdən az olmamalıdır. Qadınlar subay olmalı, uşaqları olmamalı və bədənlərində tatu olmamalıdır.
Müsabiqənin qalibləri Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edəcəklər.
[caption id="attachment_50403" align="alignnone" width="800"]
Foto Vesti.az saytı[/caption]