Bakıda iş adamının oğlu hərbi xidmətdə olan zaman şəhər küçələrində avtoşluq edib. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az 1news-a istinadən xəbər verir.
Əziz Məlikov avtoşluq edərək sosial şəbəkələrdə paylaşıb. Keçirilən araşdırma zamanı onun hərbi xidmətdə olduğu məlum olub.
Məsələ ilə bağlı Müdafiə Nazirliyindən bildirilib ki, həmin əsgər N saylı hərbi hissəni özbaşına tərk edib. Faktla bağlı cinayət işi açılıb.