Bakıda Pakistani Food Week (Pakistan mətbəxi həftəsi) keçirilir. Bu haqda bu gün, 12 avqust tarixində CBC məlumat verib.
Bu il müsabiqədə iştirak üçün təqdim edilən 250-dən çox təamdan yalnız 20-si finala buraxılıb. Müsabiqənin birinci mərhələsi onlayn rejimdə keçirilib.
Qaliblər Pakistanın Azərbaycandakı səlahiyyətli səfiri Bilal Xayinin rəhbərlik etdiyi və ölkəmizdəki Pakistan diasporunun nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyətinə tanınmış azərbaycanlı alpinist İsrafil Aşurlı da daxil edilib.
Tədbir, həmçinin Pakistanın müstəqilliyinin 75-ci ildönümünə təsadüf edir.