top
Bakıda parkinq problemi: yer olmadığına görə sürücülər avtomobilləri səkidə saxlayır
05 iyul 2022, 07:00
- ↺ +

Bakıda parkinq problemi: yer olmadığına görə sürücülər avtomobilləri səkidə saxlayır

Paytaxtın əbədi problemlərindən biri də parkinq məsələsidir. Bu problem həm sürücülər, həm də piyadalar üçün çətinlik yaradır. Şəhərin müxtəlif yerlərində səkidə park edilmiş avtomobillər piyadaların normal hərəkətinə mane olur. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az ARB24-ə istinadən məlumat verir.

Sürücülər avtomobilləri səkidə park etməyi əlacsızlıqla əlaqələndirsələr də, bu qanunla qadağandır. Nəqliyyat məsələləri üzrə mütəxəssis Elməddin Muradlı deyir ki, səkilərdə parklanma o qədər təhlükəli və xoşagəlməz haldır ki, artıq bununla bağlı qanunvericilikdə dəyişikliklər etmək istəyirlər.

“Yaxın vaxtlarda, yəgin ki, bu Milli Məclisdə təsdiqlənəcək. Səkidə parklanma digər parklanma qaydalarının pozulmasından daha ağır cəza ilə cəzalandırılacaq. Biz bunu alqışlayırıq, çünki bu qayda pozuntuları bir-birindən fərqlənməlidir.”

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, bu kimi problemlərin həll olunması istiqamətində tədbirlər görülür: “Səkilərin bu formada zəbt olunmasının qarşısını almaq məqsədilə tərəfimizdən müxtəlif tədbirlər həyata keçirilir. Buna misal olaraq təhlükəsizlik tumbaların quraşdırılmasını qeyd etmək istərdim. Son bir neçə ildə agentlik tərəfindən 167 küçə və prospektə təhlükəsizlik tumbaları quraşdırılıb. Nəticədə piyadaların səki boyunca rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib”.

Hazırda dayanma-durma qaydalarını pozan sürücülər 20 manat məbləğində cərimə olunur. Lakin yeni qərarda dayanma-durma qaydalarını pozan bəzi sürücülərə 20 manat deyil, 40 manat cərimə nəzərdə tutulub. Bunlar avtomobillərini səkilərdə və ya yol ayrıcılarında saxlayan sürücülərə aiddir. Milli Məclisin Plenar İclasının birinci oxunuşunda qəbul olunan qərarın güvvəyə minəcəyi vaxt hələ ki bəlli deyil.

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Bu gün, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Bu gün, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Bu gün, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Bu gün, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Bu gün, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Bu gün, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Bu gün, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Bu gün, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Bu gün, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Bu gün, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Bu gün, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Bu gün, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Oxşar xəbərlər