Bakıda dünən baş vermiş yanğın zamanı polis əməkdaşı yanan evə daxil olaraq vətəndaşı ölümdən xilas edib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az məlumat verir.
Nəsimi RPİ-nin əməkdaşı, polis serjantı Elnur Əhmədov zəhərlənən şəxsi xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.
Polis əməkdaşının tədbirləri nəticəsində vətəndaşın həyatını xilas etmək mümkün olub. O, hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
[caption id="attachment_45255" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]