Qarabağ qazisi, görmə əngəlli yazıçı Zaur Bayramoğlunun yeni nəşr olunan “Qara mamba” və “Alabaş” kitablarının təqdimatı və imza günü baş tutacaq. Bu haqda BakuPlus.az bu gün, 17 iyun tarixində xəbər verir.
Libraff kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında keçiriləcək tədbirdə Vətən müharibəsinin və "Pusqu" ("Qara mamba") povestinin real Xüsusi Təyinatlı qəhrəmanları da iştirak edəcək və kitablara imza atacaqlar.
Kitabları həmin gün əldə edə və imzalada biləcəksiniz.