Şərq Bazarında 3 avqust saat 17:00-da Ümumdünya Qarpız Günü ilə əlaqədar Festival keçiriləcək. Bu haqda 28 iyul tarixində Bakuplus.az məlumat verir.
Festivalda keçiriləcək tədbirlərin siyahısı:
- "Qarpız-Pendir" müsabiqəsi və qaliblərə hədiyyələr;
- Rəşad Yusiflidən qarpız oyma master-klası;
- Qarpız oyma müsabiqəsi (yalnız tamamlanmış işlər müsabiqədə iştirak edə bilər);
- DJ iştirakı ilə musiqi performansı;
- Rəqqasların çıxışı;
- Aparıcı təqdimatında xüsusi oyunlar və yarışmalar;
- Şərq Bazarında ekskursiya.
Giriş sərbəstdir.