Bakıda Salaam Emalatxanasının ilk master-klası keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 8 avqust tarixində xəbər verir.
Avqustun 14-ü saat 17:00-da Salaam Emalatxanasında qolbaq hazırlamağı öyrədəcək ustad dərsi baş tutacaq.
İştirakçılar bütün lazımi ləvazimatlarla təchiz olunacaqlar. Qolbaqlar sxemlər üzrə öyrədiləcək.
Ustad dərsində iştirak haqqı 6 manat təşkil edir. Ləvazimatlar qiymətə daxildir.
Qoşulmaq üçün qeydiyyatdan keçmək mütləqdir.
Əlavə suallar və qeydiyyat üçün əlaqə nömrəsi: +994 51 340 86 24