Heydər Əliyev Mərkəzinin parkında 31 iyul tarixində uşaqlar və böyüklər üçün qrappling (güləş növləri texnikası) üzrə məşq keçiriləcək. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az məlumat verir.
Saat 09:00-da başlayacaq dərs Azərbaycan Qrapplinq Federasiyasının məşqçiləri Nadir İmaməliyev və Muhammad Əhmədzadə tərəfindən aparılacaq.
Tədbirdə 10 yaşdan yuxarı hər kəs ödənişsiz iştirak edə bilər. Geyim tərzi: şort və qısaqol köynək.