Bakıda rəssam-heykəltaraş Sahib Yaqubovun solo sərgisi olacaq. Bu haqda Bakuplus.az məlumat verir.
“The white room” adlı fərdi sərgi iyun ayının 4-də başlayacaq və 4 iyula qədər davam edəcək. Sərgidə rəssamın rəngkarlıq əsərləri təqdim ediləcək.
Sərginin açılış günü Mincə Sənət Qalereyasında saat 18:00-da baş tutacaq.