Ömrünün 30 ilini boksa həsr etdiyini bildirilən 58 yaşlı kişi küçədə yatır. Bu haqda bu gün, 20 may tarixində Oxu.az məlumat verib.
Etibar Əliyev gənclik illərində mütəmadi olaraq idmanla məşğul olduğunu, hətta boks üzrə SSRİ çempionu olduğunu deyib. Hazırda onun səhhətində ciddi problemlər var, onun böyrəkləri öz funksiyasını itirib, sidik kisəsinə isə kateter qoşulub.
Yaxınlarını itirən Əliyev Bakının Nəsimi rayonu, Rəsul Rza küçəsində, Qış parkının yaxınlığında gecələyir.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi araşdırmalara başlayıb. Nəticələr baradə ərtaflı məlumat veriləcək.