Bakıda gənc yumoristlər üçün açıq mikrofon təşkil olunacaq. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Comedy Bazaar-a istinadən xəbər verir.
“Əgər tamaşaçıları güldürməyi bacarırsansa və ya ən azından onları ağlatmayacaqsansa, bizimlə əlaqə saxlaya bilərsən”, - deyə təşkilatçılar qeyd edib.
Tədbir 2 iyul tarixində saat 19:00-da “Tiffany and Coffee”-də keçiriləcək. İştirak etmək istəyənlər Comedy Bazaar səhifəsinin inboksuna yaza və ya +994 99 301 99 90 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Çıxışlar rus və Azərbaycan dilində ola bilər.
“Comedy Bazaar” layihəsi Azərbaycan yumoristlərini bir yerə toplayaraq rus və Azərbaycan dillərində tamaşalar, yarışlar təşkil edir, insanlarda təbəssüm yaratmağa çalışır.