Bakıda təmayül siniflərində təhsil alan şagirdlərin sayı açıqlanıb. Bu haqda 9 iyun tarixində Bakuplus.az Report<-a istinadən xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 180 məktəbdə təşkil edilən 722 təmayül sinfində 2021-2022-ci tədris ilində 17.241 şagird təhsil alır.
Təmayül siniflərində xüsusi tədris planı və proqramlar tərtib edilir və 8-10 fəndən ibarət olur. Təmayül fənləri üzrə dərs saatı daha çoxdur. Məsələn, adi sinifdə riyaziyyat həftədə 4-5 saat, təmayül üzrə siniflərdə 8-9 saat keçirilir, əsas fərq isə şagirdlərin meyl-maraq göstərdikləri sahə ilə məşğul olmaqlarıdır. Bu da onların ali məktəbə hazırlaşmalarına, ümumiyyətlə, əlavə hazırlığın qismən aradan qaldırılmasına təsir edir.
2020-2021-ci tədris ilində siniflərdə 14.518 şagird təhsil alırdı.