Bakıda türk mətbəxinin təqdimatı ilə bağlı tədbir keçirilib. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 21 may tarixində xəbər verir.
Bu gün baş tutan tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Bakı Yunus Əmrə İnstitutunun birgə əməkdaşlığı çərçivəsində baş tutub. Tədbirdə, həmçinin Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə ərsəyə gələn “Türk mətbəxi” kitabının da təqdimatı olub.
Təqdimat mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç türk mətbəxi və mədəniyyəti ilə bağlı çıxış ediblər.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da iştirak edib.
Sonda qonaqlar əsrlərlə təriflənən türk mətbəxinə daxil olan İstanbul menyusunun müxtəlif təamlarını dadmaq üçün qonaq edilib.
[URIS id=45468]