Bakıda tikinti şirkəti 11 ildir qazdan pulsuz istifadə edir. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Azəriqaz İB-nin sözlərinə görə “Bakı-2010” MTK qeyri-qanuni xətt çəkib və 11 il qazdan pulsuz istifadə edib.
“Yəqin ki, dəymiş ziyan hesablanacaq, Birliyə külli miqdarda ziyan dəyib və nəticə barədə sizə xəbər verəcəyik”, - deyə ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev vurğulayıb.
Qanunsuz qaz xətlərinə qarşı mübarizə davam edəcək.