Sabah, 26 iyul tarixindən etibarən Bakı şəhərində yerləşən uşaq bağçalarına elektron qəbul başlayır. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az məlumat verir.
Valideynlər www.bq.edu.az saytında qeydiyyatdan keçərək uşağın yaşına uyğun olan vakant yerlər haqqında məlumat əldə edə bilərlər. Proses 14 sentyabr tarixinədək davam edəcək.