Bakı Kitab Mərkəzində diksiya üzrə mütəxəssis, aparıcı Cəlalə Nəzəroğlunun iştirakı ilə oxu saatı keçiriləcək. Bu haqda 6 iyun tarixində BakuPlus.az xəbər verir.
Tədbir 10 iyun tarixində saat 15:00-da uşaqlar üçün keçiriləcək. Bu tip tədbirlərin keçirilməsində məqsəd uşaqları ədəbiyyatla tanış etmək, kitaba olan maraqlarını artırmaqdan ibarətdir.
“Oxu saatı”nda iştirak sərbəstdir.