Bakıda uşaqlar üçün robot texnikası üzrə əyləncəli və maarifləndirici master-klas keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 11 avqust tarixində xəbər verir.
4-10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş master-klasda təcrübəli müəllimlər övladlarınıza robotların yığılmasını və proqramlaşdırılmasını göstərəcəklər.
14, 19, 20, 21, 26, 27 avqust tarixlərində baş tutacaq master-klaslar Azərbaycan və rus dillərini bilən peşəkar müəllimlər tərəfindən həyata keçiriləcək.
12:00-da başlayan ustad dərsləri 18:30-a qədər davam edəcək.
Bir nəfər üçün biletin qiyməti 20 manat təşkil edir.