Bakıda gənc müğənni Xəyyam Nisanovun konserti keçiriləcək. Bu haqda 20 iyul tarixində Bakuplus.az xəbər verir.
Konsert “10 il Sizinlə” şüarı ilə həftəsonu tədbirləri çərçivəsində, Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq. Konserti DJ Roshka müşayiət edəcək.
24 iyul saat 19:30-da başlayacaq tədbirdə yaşından asılı olmayaraq hər kəs iştirak edə bilər.