Bakıda "Xəzərin Sahilində" adlı rok festivalı keçiriləcək
Səbail rayonu, Şıx çimərliyində 30 iyul tarixində "Xəzərin Sahilində" adlı rok festivalı baş tutacaq. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az məlumat verir.
Festivalın iştirakçıları və qruplar:
Rasim Müzəffərli;
SİRR;
Qara Dərviş;
Dədə Baba;
Glass;
Grey;
Coda;
AynaBand;
Royal Musa.
Festival saat 19:00-dan saat 03:00-dək Eldorado Beach-də keçiriləcək.