Buraxılış imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin məzunu olduqları təhsil müəssisələrinin adları açıqlanıb. Bu haqda 6 iyul tarixində Bakuplus.az məlumat verir.
Bakıda keçirilən II mərhələdə imtahan fənləri üzrə cavablarının statistik təhlili göstərir ki, əksər fənlər üzrə ən çox bal toplayan lisey tipli təhsil müəssisələrdir:
- Azərbaycan bölməsində ana dili, ədəbiyyat və coğrafiya fənləri üzrə Bakı Türk Liseyi;
- Tarix fənni üzrə isə akademik Zərifə Əliyeva adına liseyi;
- Rus bölməsində ana dili və ədəbiyyat fənləri üzrə Bakı şəhəri 286 saylı tam orta məktəb;
- Riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə akademik Zərifə Əliyeva adına liseyi.
Akademik Zərifə Əliyeva adına liseyin məzunların yarıdan çoxu (65.45 faizi) 500-dən, 58 nəfəri isə 600-dən çox bal toplayıb, 153 məzun respublikanın ali təhsil müəssisələrinə qəbul olub.