İyunun 26-da Baku Fashion Expo 2022 çərçivəsində məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl “AFFFAIR” brendinin “Xarıbülbül” adlı “Haute Couture” kolleksiyasını təqdim edəcək. Bu haqda məlumatı Azərtac 10 iyun tarixində verib.
Dizayner hesab edir ki, onun vəzifələrindən biri diqqəti Azərbaycanın adət-ənənələrinə və mədəniyyətinə cəlb etməkdir. Bu, Rüfət İsmayılın Azərbaycanın mədəni kodlarından ilhamlanaraq müxtəlif tarixi dövrlərin üsullarına istinad etdiyi ilk toplu deyil.
Tədbir Azərbaycan Modelyerlər Assosiasiyası təfərindən təşkil edilib.