Bakının Heydər Əliyev Mərkəzinin parkında “10 il Sizinlə” şüarı ilə həftəsonu tədbirləri çərçivəsində 2 iyul tarixində zumba fitnes və "Strong Nation" üzrə master-klas keçiriləcək. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az məlumat verir.
Saat 19:00-da başlayacaq məşq beynəlxalq lisenziyalı təlimçilər - zumba üzrə Elnur Cavadov, Nərgiz Osmanova, Nərminə Abdullazadə, Yevgeniya Cavadova və “Strong Nation” üzrə Məryəm Əlizadə Qərib tərəfində aparılacaq.
Tədbirdə 16 yaşdan yuxarı hər kəs ödənişsiz iştirak edə bilər. Geyim tərzi: idman geyimi.