“Buta Airways”-in Bakı-Həştərxan marşrutu üzrə 24 iyul tarixində J2-9235 reysini yerinə yetirən təyyarə Bakıya qayıdıb. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az aviaşirkətinin mətbuat xidmətinə istinadən məlumat verir.
Təyyarənin kapitanı Həştərxan hava limanı yaxınlığında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) səbəbindən qayıtmaq qərarına gəlib.
Təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Həmin gün gecə saat 23:45-də, hava şəraiti yaxşılaşdıqdan sonra, təyyarə yenidən Həştərxana uçub.