Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 23 iyun tarixində “4 Fəsil” layihəsi çərçivəsində “Qarabağ rənglərinin musiqisi” adlı konsert keçiriləcək. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Milli.az -a istinadən məlumat verir.
Konsert proqramında müasir Azərbaycan bəstəkarları - Firəngiz Əlizadə, Elnarə Dadaşova, Cəlal Abbasov, Ədilə Yusifova, Kəmalə Əlizadə, Pikə Axundova və bir çox başqalarının əsərləri səslənəcək.
Əməkdar artistlər Fəridə Məmmədova (soprano), Yuliya Motorina (skripka), Rəna Rəhimova (viola), beynəlxalq müsabiqələr laureatları Ümidə Abasova (skripka), Nəzrin Aslanlı (skripka), Orxan Hüseynov (violonçel), Stefano Muskaritolo (gitara), Səidə Tağızadə (piano) səhnəyə çıxacaqlar.
Həmçinin gecə çərçivəsində təsviri incəsənət nümunələrinin sərgisi və satışı təşkil olunacaq. Satışdan əldə olunan gəlir YAŞAT Fonduna köçürüləcək.