Paytaxt kəndlərində fəaliyyət göstərən avtobuslar yay günlərində sərnişinlərin dözümlülüyünü sınayırlar. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Sözügedən istiqamət üzrə hərəkət edən avtobusların bir çoxunda kondisioner işləmir. Bundan əlavə, nəqliyyat vasitələrinin oturacaqları və ümumi vəziyyəti də qənaətbəxş deyil.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildidir ki, Bakı Nəqliyyat Agentliyi avtobus sahiblərinə marşrut xətlərini qısa müddətli müqavilə ilə verir. Bu səbəbdən də şirkət sahibləri borca girib yeni avtobus almağa risk etmirlər.
BNA-dan isə məsələdən xəbərdar olduqları və artıq müvafiq addımların atıldığını qeyd edilib.