“Marvel”-in növbəti filmi Bakı kinoteatrlarına gəlir. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az kinoteatr şəbəkələrinə istinadən xəbər verir.
“Tor: Məhəbbət və İldırım” 7 iyul tarixindən “CinemaPlus” və “ParkCinema” kinoteatrlarında nümayiş olunmağa başlayacaq.
Tayka Vaytitinin rejissoru olduğu fantastikada Kris Xemsvort, Natali Portman və Kristian Beyl kimi aktyorlar iştirak ediblər. Bu, ildırım tanrısı barədə çəkilmiş 4-cü filmdir.
Ceyn Foster ildırım tanrısının vəzifələrini öz üzərinə götürür və çəkic “Myölnir”-in sahibi olur.