Bakı-London aviareysi təxirə salınıb. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Londonun Hitrou (LHR) hava limanındakı bəzi məhdudiyyətlərlə əlaqədar, 19 iyul tarixində olan uçuşun vaxtı dəyişilib. Təyyarə Bakıdan 11:55-də, Londondan isə 15:55-də havaya qalxacaq.
Əlavə sualı olan sərnişinlər callcenter@azal.az elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.