Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktor vəzifəsinə vakant yerlərin sayını açıqlayıb. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
İdarənin tabeliyində olan 28 təhsil müəssisəsində direktor vəzifəsi boşdur.
Daha öncə, 17 may tarixində Bakı şəhəri üzrə 37 məktəbə yeni rəhbərlərin təyin edildiyi barədə məlumat verilmişdir.