Rusiyanın “Utair” aviaşirkətinin Mahaçqala-Bakı reysləri ləğv edilib. Bu haqda bu gün, 6 iyun tarixində Report Mahaçqala Beynəlxalq Hava Limanına istinadən məlumat verib.
Azərbaycan hökumətinin təşəbbüsü ilə bu istiqamətdə uçuşların ləğv edildiyi bildirilir.
Uçuşları “Utair” şirkəti Boeing-737-500 təyyarələri ilə yerinə yetirməli idi. Uçuşların iyunun 3-dən yaz-yay dövrünün sonuna kimi cümə və bazar günləri həyata keçirilməsi planlaşdırılırdı.